www.supremecourt.nakhchivan.az  

 

AZ EN
Naxçıvan MR Məhkəmələri >> İxtisaslaşdırılmış məhkəmələr >> Ağır Cinayətlər Məhkəməsi

 

  

 Menyu

 

FOTOQALEREYA

Azərbaycan Respublikası Konstitusiyası

Naxçıvan Muxtar Respublikasının Konstitusiyası

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının

Ağır Cinayətlər Məhkəməsi

 

 

      Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər  Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli 352 №-li Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində təşkil edilmiş, həmin məhkəmənin yurisdiksiyası Naxçıvan Muxtar Respublikasının bütün ərazisinə şamil edilmişdir.

      Yarandığı vaxt adı Ağır Cinayətlərə Dair İşlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi olmuşdur. 22 iyun 2010-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ilə sözügedən məhkəmənin adı Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi olaraq dəyişdirilmişdir.

     Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər  Məhkəməsinin tərkibi məhkəmə sədrindən və 3 nəfər hakimdən ibarətdir. Məhkəmə 30 iyul 2007-ci il tarixdə hakimlərin təyin olunması ilə fəaliyyətə başlamışdır.

    Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər  Məhkəməsi  birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxır, məhkəmə statistikasını təhlil edir, məhkəmə təcrübəsini öyrənir və ümumiləşdirir, Azərbaycan Respublikasının qanunvericiliyi ilə ona aid edilmiş digər səlahiyyətləri həyata keçirir.

     Məhkəmənin yurisdiksiyasına daxil olan cinayətlərə dair işlərə üç nəfər hakim heyəti tərəfindən kollegial qaydada baxılır.

    Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər  Məhkəməsinin  inzibati binası Naxçıvan şəhərinin 49-cu məhəlləsində muxtar respublikanın hərbi məhkəməsi və hərbi prokurorluğu ilə yanaşı xüsusi ayrılmış abad ərazidə yerləşir. Üç mərtəbədən və bir sıra köməkçi sahələrin, o cümlədən qazanxananın yerləşdirilməsi üçün uyğunlaşdırılmış sokol qatından ibarət olan inzibati bina 23 may 2008-ci il tarixdə istifadəyə verilmişdir. Bina müasir memarlıg üslubunda inşa edilmiş, burada məhkəmənin fəaliyyət göstərməsi üçün iş şəraiti yüksək səviyyədə təmin olunmuşdur. Sahəsi 64 kv.m., tutumu isə 40 nəfər olan, görkəmi ilə məhkəmənin yüksək statusunu təcəssüm etdirən məhkəmə iclas zalı məhkəmə dinləmələrinin keyfiyyətinin yüksəldilməsinə xidmət edən avadanlıqlarla – videokamera, geniş monitor və videomagnitofonla  təhciz olunmuşdur. Məhkəmədə kitabxana fəaliyyət göstərir. İnzibati binada yardımçı xidmətlər üçün də sahələr ayrılmış, o cümlədən yeməkxana  təşkil olumuşdur. Binanın ikinci mərtəbəsində sahəsi 96 kv. m. təşkil edən konfrans zalı yerləşir. Zalın tutumu, avadanlığı burada müxtəlif tədbirlərin, o cümlədən böyük yığıncaqların keşirilməsinə imkan verir.

    Məhkəmənin fəaliyyəti ştat üzrə 15 nəfər dövlət qulluqçusu və 5 nəfərdən ibarət köməkçi heyət, eləcə də məhkəməyə təhkim olunmuş məhkəmə nəzarətçiləri tərəfindən təmin olunur.

 

Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər  Məhkəməsi  ilə əlaqə yaratmaq üçün telefon nömrələri:

 

Sədr:           544-52-03

Dəftərxana:  546-39-36

 

Əsas səhifə  |  Əlaqə