NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR

Yanvar ayının 12-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmiş, iclasda 2016-cı ildə muxtar respublika məhkə­mə­lərinin fəaliyyətinin yekunları müzakirə olunmuşdur.

Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov 2016-cı ildə muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əha­linin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi 2016-cı ildə də Naxçıvan Muxtar Rеspublikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra zəruri işlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən imzalanan 15 iyul 2011-ci il tarixli “Naxçıvan Muxtar Respublikasında dövlət orqanla­rının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ali Məhkəmə­sində görülən işlərlə bağlı məlumat verən Ali Məhkəmənin sədri məhkəmə qərarlarının axtarış sistemli vahid elektron bazasının təkmil­ləş­dirilməsindən, Ali Məh­kəmə­nin nəşri olan “Bülleten”in növbəti saylarının işıq üzü gör­məsindən və “Bülleten”in bu saylarının da məhkəmənin rəsmi internet səhifəsində yayımlan­masından, məhkəmə­nin elektron kitabxana bazasının qanunvericilik aktları və yeni hüquq ədəbiyyatı ilə zənginləş­diril­mə­sindən bəhs edib, həyata ke­çirilən tədbir­lərin insan hüquq və azadlıq­larının təmin olun­masına yönəldiyini bildirmişdir.

Sonra muxtar respublikanın ixtisaslaşdırılmış, şəhər və rayon məhkəmələrinin sədr və hakimlərinin 2016-cı ildə həyata keçirdikləri işlərə dair məlumatları dinlənilmiş­dir.

İclasa Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vurmuşdur.