HAKİMLİYƏ NAMİZƏDLƏRİN SƏNƏDLƏRİNİN QƏBULU APRELİN 15-DƏK DAVAM EDƏCƏK

Ölkəmizdə hakim vəzifəsinə namizədlərin seçimi prosesi davam edir.

Hakimlərin Seçki Komitəsinin iclasında şəffaf üsullarla keçirilən bu proses çərçivəsində namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə olunmuş, 3 ay davam edən sənəd qəbulu zamanı 400-dək hüquqşünasın namizədliyini irəli sürməsi bildirilmişdir.

İclasda son vaxtlar sənəd verənlərin sayının azalması ilə əlaqədar sənəd qəbulunun aprel ayının 15-də başa çatdırılması qərara alınmışdır.

Hakim olmaq arzusunda olan hüquqşünaslara xatırladılır ki, Naxçıvan Muxtar Respublikasında hakimliyə namizədlərin sənədlərinin qəbulu Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin inzibati binasında 4 nömrəli otaqda saat 9:00-dan 18:00-dək keçirilir.