Almaniya Bey­nəlxalq Əməkdaşlıq Cəmiyyəti muxtar res­publikada fəaliyyət göstərən hakimlərin peşəkarlıq səviyyəsini yüksək qiymətləndirmişdir

Nax­çıvan şəhərində Azərbaycan Res­publikası Ali Məhkəməsi, Naxçı­van Muxtar Respublikası  Ali Məh­kəməsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda hüquq və məhkəmə isla­hatlarının dəstəklənməsi” proqra­mı çərçivəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ixti­saslaşdırılmış, şəhər və rayon məhkəmələrinin hakimləri üçün “Azərbaycan inzibati prosesinin aktual problemləri” mövzusunda 30 iyun 2015-ci il tarixdə 1 günlük seminar keçirilmişdir.

Seminarın təşkili və muxtar res­publikada fəaliyyət göstərən hakimlərin peşəkarlıq səviyyəsi Almaniya Bey­nəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən yük­sək qiymətləndirilmişdir. Belə ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin layihə rəhbəri Tomas Hermann Nax­çıvan Muxtar Respublikası Ali Məhkəməsinə 21 iyul 2015-ci il tarixdə ünvanlandığı təşək­kür məktubunda seminarın təşkil olunması üçün muxtar res­publikada yaradılmış şəraitə və göstərilmiş köməyə görə dərin təşəkkürünü bildirmiş,  seminarın peşəkarlıq baxımından yüksək səviyyədə keçirildiyini qeyd etmişdir.

Məktubda muxtar respublikada ədalət mühakiməsinin daha da inkişaf etməsinə və təkmilləşdirilməsinə daima diqqət göstərilməsi faktı xüsusi şəkildə vurğulanmışdır.

Naxçıvan Muxtar Respublikası məhkəmə orqanlarının fəaliyyətinə uğur­lar arzulayan Tomas Hermann bu cür əməkdaşlıqları məmnuniyyətlə gələcəkdə də davam etdirmək niyyətində olduqlarını bildirmişdir.