NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏHKƏMƏSİNİN RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLMİŞDİR

Fevral ayının 13-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Rəyasət Heyətinin iclası keçirilmiş, iclasda 2014-cü ildə muxtar respublika məhkə­mə­lərinin fəaliy­yətinin yekunları müzakirə olunmuşdur.

Naxçıvan  Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov ötən il muxtar respublika məhkəmələri tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi, vətən­daşların hüquq və azadlıqlarının təmin olunması sahəsində, habelə əha­linin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, əvvəlki illərdə olduğu kimi ötən ildə də Naxçıvan Muxtar Rеs­publikasında hüquq institutlarının inkişaf еtdirilməsi, məhkəmə оrqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində mühüm addımlar atılmış, məhkəmələrin fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq olunması ilə bağlı bir sıra zəruri işlər görülmüş­dür.

İclasda Nахçıvаn Muхtаr Rеspublikаsının Ali Məhkəməsi Rəyasət Heyətinin 11 aprel 2003-cü il tarixli, 2 saylı qərarı ilə əsasnaməsi təsdiq edilmiş Nахçıvаn Muхtаr Rеspub­likаsının Ali Məhkəməsi yanında Elmi-məsləhət şurasının 30 oktyabr 2003-cü il tarixli Rəyasət Heyəti qərarı ilə tərkibi təsdiq edilmiş üzvlərinin vəzifələri dəyişildiyindən Şuranın tam fəaliyyət göstərməsi üçün yeni tərkibi təsdiq edilmişdir.

Daha sonra muxtar respublikanın ixtisaslaşdırılmış məhkəmələrinin, şəhər və rayon məhkəmə­lərinin sədr və hakimlərinin 2014-cü ildə həyata keçirdikləri işlərə dair məlu­matları dinlə­nilmiş­dir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanun­çuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış etmişdir.