Azərbaycan Respublikası hakimlərinin, ədliyyə və məhkəmə orqanları işçilərinin, Məhkəmə-Hüquq Şurasının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (21.11.2008)

Azərbaycan Respublikası hakimlərinin, ədliyyə və məhkəmə orqanları işçilərinin, Məhkəmə-Hüquq Şurasının əməkdaşlarının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 (çıxarış)

 

 

Hakim vəzifəsini nümunəvi yerinə yetirdiklərinə, ədliyyə və məhkəmə orqanlarında qulluqda fərqləndiklərinə, hakim vəzifəsinə namizədlərin seçilməsində səmərəli fəaliyyətlərinə, cəza-icra siyasətinin həyata keçirilməsində və ədliyyə sistemində elm, səhiyyə sahələrinin inkişaf etdirilməsində fəal iştiraklarına görə aşağıdakı şəxslər təltif edilsinlər:

«Tərəqqi» medalı ilə:

 

Abbasov Elman Nəriman oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliləyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının Məhkəmə ballistika və trasologiya ekspertizası üzrə böyük eksperti.   

 

Əliyev Suliddin Abbas oğlu - Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri

 

Nəsibov Hafiz Qənbər oğlu - Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Hərbi məhkəmələrin işləri üzrə məhkəmə kollegiyasının sədri

 

«Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə: 

 

Musayev Araz Yaqub oğlu - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin      Babək Rayon Dövlət Notariat Kontorunun dövlət notariusu

 

Rəhimov Əli Sadiq oğlu - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin      Penitensiar Xidmətinin Qeydiyyat bölməsinin rəisi

 

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 noyabr 2008-ci il