Bülletenlər

 Naxçıvan MR Ali Məhkəməsinin bülleteni 2006-cı ildən  ildə iki dəfə olmaqla nəşr olunur. Bülleten 7 sərlövhədən  ibarətdir. Birinci sərlövhə "Yeni  sənədlər, normativ aktlar" adlanır. Bülletenin “Yeni sənədlər, normativ aktlar” sərlövhəsini təqdim  etməkdə məqsəd məhkəmə sistemi ilə bağlı  Azərbaycan Respublikasının qanunvericiliyi, Naxçıvan Muxtar Respublikasının  hüquqi aktları, o cümlədən Azərbaycan Respublikası Prezidentinin fərman  və sərəncamları, qanunvericiliyə edilən dəyişikliklər,  normativ-hüquqi aktlar sisteminə daxil olmayan, lakin muxtar respublika üçün mühüm əhəmiyyətə  malik olan rəsmi sənədlərlə  oxucuları tanış etməkdir.

 Üçüncü bölmə "İnsan hüquqları və məhkəmə təcrübəsi" adlanır ki, burada da Avropa İnsan Hüquqları Məhkəməsinin presedent  təcrübəsinin  öyrənilməsi məqsədilə həmin məhkəmənin yeni qərarlarının icmalları oxuculara təqdim edilir.

 Bundan başqa  "Nəzəriyyə və hüquqtətbiqetmə problemləri", "Hakimlərin milli və beynəlxalq qurumlarında" və "Azad tribuna" adlı sərlövhələrdə müxtəlif hüquqi mövzularda olan məqalələr dərc olunur. Bülletenin "Ali Məhkəmənin mətbuat xidmətindən" adlanan sonuncu bölməsində məhkəmənin fəaliyyətinə dair xəbər  materialları yayyımlanır.

Bülletenlərimizin Elektron versiyasının aşağıdakı linklərdən yükləyə bilərsiniz.